"Qalatasaray" Anxelinyo ilə bağlı bu addımı atacaq

"Qalatasaray" Anxelinyo ilə bağlı bu addımı atacaq

"Qalatasaray" rəhbərliyi "Leyptsiq"dən cari mövsümün sonunadək icarəyə götürdüyü Anxelinyo ilə bağlı fikrini dəyişib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, İstanbul təmsilçisi sözügedən oyunçu ilə icarə müqaviləsinin müddəti başa çatmamış vidalaşmaqda qərarlıdır. Mənbə hazırda Almaniya klubunun və Anxelinyonun agentlərinin ona yeni iş yeri axtardıqlarını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm Türkiyə nəhənginin forması ilə bütün turnirlərdə 19 matça çıxan Anxelinyo 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər