“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu oldu

Bu gün Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.

Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Qalatasaray” darmadağınla qalib gələrək sona iki tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, İstanbul təmsilçisinin sayca 23-cü çempionluğudur.

“Fənərbaxça” da bu turda “Antalyaspor”u 2 cavabsız qolla üstələyib. Ötən mövsümün qalibi “Trabzonspor” isə səfərdə “Girəsunspor” üzərində qələbəyə sevinib.

Türkiyə Super Liqası 36-cı tur 30 may

Alanyaspor – Kasımpaşa 1:3 Qol: O.Aydın, 49 – Djilobodji, 60. Koyta, 65. Fall, 78.

Ankaragücü – Qalatasaray 1:4 Qol: Milson, 16 – İkardi, 7; 38. B.Yılmaz, 73. Oliveyra, 78.

Fənərbaxça – Antalyaspor 2:0 Qol: E.Valensiya, 2. Zayç, 90+5.

Girəsunspor – Trabzonspor 2:4 Qol: F.Genc, 74. Bayiç, 80 – U.Bozok, 30; 59. Bardi, 34. Bakasetas,

İstanbulspor – Adana Dəmirspor 0:2 Qol: E.Akbaba, 35. Gulbrandsen, 90.

Fatih Karagümrük – Kayserispor 2:0 Qol: Frey, 16; 28.

Sivasspor – Konyaspor 1:0 Qol: L.Ceyms, 17.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər