PSJ, "Yuventus" və "Çelsi" Hakimi uğrunda mübarizə aparacaqlar

PSJ, "Yuventus" və "Çelsi" Hakimi uğrunda mübarizə aparacaqlar
Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimi karyerasını PSJ-də davam etdir bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, PSJ müqaviləsi bitmək üzrə olan Toma Mönyenin boşluğunu Hakimi ilə doldurmaq istəyir. Lakin Paris klubunun işi elə də asan olmayacaq. "Yuventus" və "Çelsi"nin də mərakeşli futbolçunun xidmətində maraqlı olduğu bildirilir.
Hakiminin "Real"la olan müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, 2018-ci ilin yayından bəri "Borussiya"da icarə əsasında oynayır. Cari mövsümdə Dortmund klubunun heyətində 25 matçda meydana çıxan 21 yaşlı oyunçunun aktivində 3 qol, 10 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər