PSJ və "Nyukasl" azarkeşləri arasında dava düşdü - VİDEO

PSJ və "Nyukasl" azarkeşləri arasında dava düşdü - VİDEO

Bu gecə Çempionlar Liqasında üz-üzə gələcək PSJ ilə "Nyukasl"ın azarkeşləri arasında iğtişaş yaşanıb.

Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, insident Parisdəki pabların birində baş verib.

İngilis tərəfdarlar orada əylənərkən, onlara hücum olunub. Sosial şəbəkələrdə yayılan videoda qonaq azarkeşlərin qara geyinmiş və parisli tərəfdar kimi təqdim edilən bir neçə nəfərin hücumuna məruz qaldığı görünür. Onlar ingilislərə stol, stul və hətta tüstü bombası atıblar. 

Qeyd edək ki, PSJ "Park des Princes" stadionunda "Nyukasl"la qarşılaşacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər