PSJ-nin argentinalı hücumçusu Lionel Messi zədə səbəbindən Almaniyanın “Bayern Münhen” komandası ilə Çempionlar Liqasının 1/8 finalında oynaya bilməyəcək.
Fanat.Az xəbər verir ki, bu iddanı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, Messi Fransa Kubokunun 1/8 finalında "Olimpik Marsel"lə görüşdə (1:2) diz nahiyəsindən zədə alıb və onun həftəsonu çempionatda "Monako" ilə növbəti matçda iştirak etməyəcəyi dəqiqdir. Messinin fevralın 14-də almanlarla ÇL görüşünü də buraxmaq ehtimalı böyükdür.
Bundn başqa, parislilərin daha bir ulduz hücumçusu Kilian Mbappenin də zədə səbəbindən Münhen komandası ilə ilk oyunu buraxacağı bildirilir.
Mirağa