PSJ İtaliya millisinin hücumçusunu alır - SON DURUM

PSJ İtaliya millisinin hücumçusunu alır - SON DURUM

PSJ İtaliya millisinin hücumçusunu heyətinə qatmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə Paris təmsilçisinin "Sassuolo"nun forvardı Canluka Skamakkanın klubu ilə danışıqları yekunlaşdırmaq üzrə olduğunu vurğulayıb. Xəbərə görə, Fransa nəhəngi qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır. 23 yaşlı futbolçunu 50 milyona satmağı planlaşdıran "qara-yaşıllar"ın məbləğ məsələsində PSJ-yə güzəşt edə biləcəyi açıqlanıb. Xəbərdə Paris təmsilçisinin Canluka ilə müddəti 2027-ci ilə qədər olan anlaşma imzalamağı və ona hər mövsüm üçün 3,5 milyon avro maaş verməyi hədəflədiyi açıqlanıb.

PSJ İtaliya millisinin hücumçusunu alır - SON DURUMQeyd edək ki, son mövsümdə A Seriyasında 36 oyuna çıxan Skamakka 16 qolla yadda qalıb. O, 2021-ci ildən çağırıldığı İtaliya yığmasında 2 matç keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər