Prezidentin köməkçisi "Neftçi"ni təbrik etdi

Prezidentin köməkçisi "Neftçi"ni təbrik etdi

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Neftçi" futbol komandasını UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib.

Fanat.Az xəbər verir ki, Prezidentin köməkçisi təbrikini "Tvitter" hesabında edib.

Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib. Komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb. Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər