Zinəddin Zidanın "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyi ilə bağlı məlumat vermişdik.
Fanat.Az Fransanın "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, bu təyinat hər an reallaşa bilər. İddialara görə, "Mançester Yunayted" rəhbərliyi ilə hazırkı baş məşqçi Joze Mourinyo arasında ciddi problemlər yaranıb. Bu səbəbdən də poruqaliyalı mütəxəssis hər an istefaya göndərilə bilər. Bu baş versə, Zidan komandanın baş məşqçisi təyin ediləcək.
Qeyd edək ki, 2016-2018-ci illərdə "Real"ın əsas komandasını çalışdıran Zidan ardıcıl 3 dəfə Çempionlar Liqasını, 2 dəfə Avropa Super Kubokunu və klublararası dünya çempionluğunu, həmçinin 1 dəfə İspaniya çempionluğunu və Super Kubokunu qazanıb.
Fanat.Az