"Səbail" qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə "sülh"ə razılaşdı

"Səbail" qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə "sülh"ə razılaşdı
Bu gün Topaz Premyer Liqasında III tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. 
Günün ilk oyununda "Keşlə" "Səbail"i qəbul edib. Meydan sahibləri bu matçadək ilk turda "Sabah"a uduzmuş, ardınca "Zirə"dən bir xal alaraq turnir cədvəlində 6-cı pilləsində qərarlaşmışdı. Qonaqlar isə aşkar autsayder mövqeyində idi. Çempionatın yeganə xal qazanmayan komandası olan "Səbail" "Qəbələ" və "Qarabağ" yenilərək "zirzəmiyə düşmüşdü".
Komandalar indiyədək çempionatda 4 dəfə qarşılaşmışdı. Bu oyunlardan 2-də "Keşlə", birində "Səbail" qələbə qazanmış, bir görüş "sülh"lə bitmişdi. Top fərqində də "Keşlə"nin üstünlüyü var idi - 3:2.
 
Kubemba ilə hesabı açan Aftandil Hacıyevin yetirmələri fasilədən sonra da bu legionerin ikinci qoluna sevinib. Oyunun sonlarına yaxın hesab arasındakı fərqi azaldan "Keşlə"nin isə daha artığına gücü çatmayıb. Qələbə sayəsində son pillə ilə vidalaşan "Səbail" məğlub etdiyi komandanı "zirzəmi"yə şərik göndərib.
Tura Azərbaycan derbisi hesab edilən "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulub. Bu qarşılaşmaya qədər Azərbaycan çempionatlarının ən titullu və ən çox oyun keçirmiş komandaları 72 dəfə üz-üzə gəlmişdi. Görüşlərin 27-də "Qarabağ", 19-da "Neftçi" gülən tərəf olmuşdu. Komandalar 26 dəfə meydanı "sülh"lə tərk etmişdisə, top fərqində "Qarabağ" öndə idi - 76:64.
İlk iki turda "Sumqayıt" və "Qəbələ"yə qalib gələn "Neftçi" turnir cədvəlinə başçılıq edirdisə, "Zirə" ilə oyunu təxirə salınan ağdamlılar ardınca "Səbail"dən üstün olmuşdu.
 
Məlum səbəbdən meydana eksperimental heyətlə çıxan Ağdam təmsilçisiylə bakılıların dueli yetərincə gərgin və maraqlı alınıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın ilk yarısında hesabı açan "ağ-qaralar" ikinci hissədə cavab qolunu "yeyərək" heç-heçəyə razılaşıb.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Sabah" "Zirə"yə 2:0 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2.
Premyer Liqa
2018/19 mövsümü
I dövrə, III tur
26 avqust
Keşlə - Səbail 1:2 
Qol: Nikola Mitroviç, 76 (pen) - Kevin Kubemba, 31; 49
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Kərim Ağayev.
"ASK Arena”.
 

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 14. Andre Klennon, 17. Samir Məsimov, 21. Herve Tçami, 22. Nikola Mitroviç, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna, 97. Elnur Cəfərov. Ehtiyat oyunçular: 30. Davud Kərimi, 7. Vaqif Cavadov, 8. Miloş Bosançiç, 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 93. Edvinas Girdvainis. Baş məşqçi: Mladen Milinkoviç.

Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 22. Edqar Paçeko, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 16. İqor Korotetski, 26. Kamal Qurbanov, 21. Murtuz Abakarov, 88. Orxan Qurbanlı, 17. Elçin Rəhimli, 70. Ürfan İsmayılov, 85. Xaliq İbrahimov.

Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ - Neftçi 1:1
Qol: İnnosent Emeqara, 71 - Kvame Karikari, 28
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Məlik Həsənov.
"Azersun Arena”.
 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 25. Ansi Aqolli (k), 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev. Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 21. Hacıağa Hacılı, 22. Rövlan Muradov. Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 6. Qoran Paratski, 93. Soni Mustivar, 9. Baqali Dabo, 11. Kvame Karikari. Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 4. Rəşad Eyubov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 37. Vüsal Əsgərov, 22. Mirabdulla Abbasov. Baş məşqçi: Roberto Bordin.

 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

3

2

1

0

5:2

7

2

Sabah

3

2

0

1

4:4

6

3

Qəbələ

3

1

1

1

5:3

4

4

Sumqayıt

3

1

1

1

5:4

4

5

Qarabağ

2

1

1

0

3:1

4

6

Səbail

3

1

0

2

2:6

3

7

Keşlə

3

0

1

2

3:5

1

8

Zirə

2

0

1

1

2:4

1

Bombardirlər:

Marko Deviç (Sabah) - 4. Mahir Mədətov (Qarabağ) - 2. Kevin Kubemba (Səbail) - 2.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər