Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

Portuqaliyalı ulduz "Qalatasaray"da -RƏSMİ

"Milan" rəsmi saytı vasitəsi ilə cinah hücumçusu Rafael Leaunun "Qalatasaray"a keçdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, vingerə ənənəvi qaydada təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Leau "qırmızı-qaralar"a 2019-cu ildə "Lill"dən transfer olunmuşdu. O vaxtdan bəri bütün turnirlərdə 291 matça çıxan ön xətt oyunçusu 80 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb. Rafa Milan təmsilçisinin sıralarında 2020/2021 mövsümündə A Seriyasının qalibi adını qazanıbsa, 2024-cü ildə İtaliya Superkubokunu başı üzərinə qaldırıb. "Transfermarkt" portalı 27 yaşlı futbolçunun transfer qiymətini 50 milyon avro məbləğində dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər