Portuqaliya mətbuatı “Qarabağ”dan yazır

Portuqaliya mətbuatı “Qarabağ”dan yazır

“Qarabağ” bu gecə UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə ilk oyuna çıxacaq.

Azərbaycanda olduğu kimi Portuqaliyada da bu görüşə böyük maraq var.

Saytımızın  ETOPAZ-ın dəstəyi ilə Braqaya ezam olunmuş əməkdaşı xəbər verir ki,  yerli mətbuat da bugünkü qarşılaşmaya kifayət qədər diqqət ayırıb. Portuqaliyanın nüfuzlu idman qəzetlərindən sayılan “O Joqo”da “Qarabağ”la bağlı yazı təqdim olunub. Geniş məqalədə Azərbaycan çempionunun işğaldan azad olunmuş Ağdam şəhərini təmsil etməsi və uzun illər qaçqın komanda statusu daşımasına rəğmən böyük uğurlara imza atmasından söz açılıb, baş məşqçi Qurban Qurbanovun bununla bağlı fikirləri yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər