PFL İmişli şəhər stadionunda oyunların keçirilməsinə icazə verdi

PFL İmişli şəhər stadionunda oyunların keçirilməsinə icazə verdi

Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra arena I Divizion matçlarını qəbul etmək üçün məqbul hesab olunub.

“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu aprelin 12-də “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl əyalət təmsilçisinin ev qarşılaşmaları Saatlı Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər