"PFL-ə müraciət etmişik, ümid edirik ki, nəzərə alarlar" - "İmişli"nin prezidenti

"PFL-ə müraciət etmişik, ümid edirik ki, nəzərə alarlar" - "İmişli"nin prezidenti

Birinci Liqanın 9-cu turunda "İmişli" evdə "Qaradağ Lökbatan" qəbul etdi. Görüş tərəflərin 0:0 bərabərliyi ilə bitdi. Yerli azarkeşlərin azlığı isə diqqətdən yayınmadı. Məsələ ilə bağlı klubun prezidenti Aqşin Mürsəlovla əlaqə saxlayıb onun fikirlərini öyrəndik 

Mürsəlovun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyunların həftəiçi, iş günlərində olsa da, az azarkeş gəldiyini deməzdim. Amma oyunlarımızı daha çox, yəni  5-6 min tamaşaçının izləməsini istəyirik. Bunun üçün işlər görürük Çox sevindirici haldır ki, gənclərimiz öz təşəbbüsü ilə "Küdrü Qartalları" adlı fan klub yaradıblar. Bununla onlar komandalarına dəstək olurlar. Gələcək oyunlarda azarkeş sayının daha çox olacağına inanırıq. Gənclərimizlə məktəblərdə və digər yerlərdə görüşlər təşkil edərək maarifləndirmə işləri görürük. Oyunlarımızın altı və  ya bazar günü keçirilməsi ilə bağlı PFL-ə müraciət etmişik. Ümid edirik gələcəkdə bunu nəzərə alacaqlar".

"PFL-ə müraciət etmişik, ümid edirik ki, nəzərə alarlar" - "İmişli"nin prezidenti"PFL-ə müraciət etmişik, ümid edirik ki, nəzərə alarlar" - "İmişli"nin prezidentiNahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər