Peter Kinqs “İmişli”də?

Peter Kinqs “İmişli”də?

Son günlər mətbuatda "Karvan"ın yarımmüdafiəçisi Peter Kiqnsin qış fasiləsində "İmişli"yə keçəcəyi ilə bağlı xəbərlər yayılıb. 

Məsələ ilə bağlı "Karvan"ın mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxladıq.

“Ağ-qaralar"ın sözçüsü Bəhruz Musayevin Fanat.Az-a açıqlaması belə oldu:

"İmişli" klubu Peter Kinqsin transferi ilə bağlı müraciət edib. Sadəcə, biz qarşı tərəfə bildirdik ki, futbolçu satılmır. Eyni zamanda qeyd edim ki, yalnız bizə belə bir təklif "İmişli" klubundan olub. Mətbuatda yazılan artıq xəbərlər həqiqəti əks etdirmir. Çox güman ki, Peter bizdə qalacaq. Amma Premyer Liqa klublarından hansısa təklif olduqda və transfer məbləğində də ortaq məxrəcə gəlinərsə, o zaman transfer mümkün ola bilər".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər