Ukrayna "Stal"ının və millimizin müdafiəçisi Pavel Paşayevin "Neftçi"yə keçmək variantı yenidən gündəmə gəlib. Fanat.Az-a verilən məlumata görə Bakı təmsilçisi yığmamızın üzvüylə yenidən əlaqə yaradaraq onu sıralarına səsləyib.
Keçidin yubanma səbəbi də bəllidi. Maliyyəsi azaldılan "Stal" onun satışından müəyyən məbləğdə pul qazanmaq istəyir. Bakılılar isə Pavelin klubuyla olan sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini arzulayır.
Fanat.Az