"Neftçi" növbəti transferini reallaşdırıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, David Derlis Meza Kolli ilə müqavilə imzalanıb.
Paraqvaylı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçu "Neftçi"də 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, peşəkar karyerasına Yunanıstanın "Atromitos" klubunda başlayıb (2007/2010). O, bu illərdə Yunanıstanın "Etnikos", "PAS Giannina" və "Messiniakos" klublarına icarəyə verilib. 2011-ci ildə İtaliyanın "Cezena" klubuna keçən futbolçu 2013-ədək burda çıxış edib, bir müddət "Pavia"ya icarəyə verilib.
Paraqvaylı futbolçu 2013-cü ildə ildə transfer olunduğu Bakı "İnter"ində 2 il çıxış edib (67 oyun, 4 qol). Meza Kolli 2015/16 mövsümünün ilk yarısında "Qəbələ"nin formasını geyinib (10 oyun, 1 qol). Onun son iş yeri Paraqvayın "Serro Porteno" klubu olub.

Fanat.Az