Paraqvaylı forvard "Neftçi"yə gəldi- RƏSMİ

Paraqvaylı forvard "Neftçi"yə gəldi- RƏSMİ

Mövsümün qalan bölümünə Türkiyədə hazırlaşan“Neftçi” transfer çalışmalarını da sürdürür.  Fanat.Az, klubun saytına istinadən xəbər verir ki, xorvat Damir Vidoviçi bəyənməyən Elxan Abdullayev paraqvaylı forvard sınayır.

 

 

Ramon İdalesio Kardosonun 31 yaşı var.  O, “Deportivo Kapiata” klubundan gəlib. 2011-ci ildə Paraqvay yığmasına çağırılan və Argentinayla yoxlama görüşündə oynayan  Kardoso müxtəlif vaxtlarda Portuqaliyanın “Penafel”, “Setubal” və “Moreyrense” klublarında top qovub.

 

“Ağ-qaralar”ın bu qış  Namiq Ələsgərov, İqnasio Errera, Kirill Petrov, Georgi Navalovski, Zdenek Folprext,  Pavel Dreksa və Ruslan Abışovu rənglərinə bağladığını xatırladaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər