"Mançester Yunayted"in sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Qari Nevill İngiltərə Premyer Liqasının 29-cu turunda səfərdə "Mançester Siti" ilə qolsuz heç-heçə edən "Arsenal"ı tərifləyib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Hansısa komandanın "Mançester Siti"yə belə çətinlik yarada bildiyini görməmişdim. "Arsenal" meydan sahiblərinə boş zona vermədi. "Topçular"ın müdafiə olunmaq tərzi unikal idi. Mikel Artetanın komandasının mərkəz müdafiəçiləri fantastik oynadılar. Onlar bütün birəbir mübarizələrdən qalib ayrıldılar.
Əlbəttə, topa nəzarət baxımından qonaqlar daha artığına nail olmaq istəyərdilər. Ancaq onlar rəqib qapısına iki, "Siti" isə bir zərbə vurdu. "Arsenal"ın öz çıxışından razı qalmağa haqqı var".
Nihat