"Lillin yarımmüdafiəçisi Amadu Onana karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, belçikalı futbolçu "Everton"a keçir.
Artıq klublar transferin detalları ilə bağlı razılığa gəliblər. 20 yaşlı yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək.
"Everton" Onananın şənbə günü "Çelsi" ilə yeni Premyer Liqa mövsümünün ilk oyununda iştirak edə bilməsi üçün bu gün onun keçidini rəsmiləşdirməyə çalışır. İngiltərə futbol qaydalarına görə, oyunçu matçın başlamasına ən geci 24 saat qalmış elan edilə bilər.
Daha əvvəl "Vest Hem" klubu Onananın transfer məbləği (39,9 milyon avro) barədə "Lill"lə razılaşdığı, lakin futbolçunun müqaviləsindəki digər şərtlərlə bağlı danışıqlar çətin keçdiyi üçün "Everton" araya girib.
Mirağa