"Olimpik Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq UEFA Avropa Liqasında və ümumiyyətlə UEFA Kubokunda bütün zamanların bombardiri adına sahib çıxıb.
Fanat.Az "Opta Sport"-a istinadən xəbər verir ki, qabonlu forvard "Vilyarreal"ın qapısına vurulan qoldan sonra qitənin ikinci dərəcəli turnirində ən çox qol vuran futbolçu olub.
34 yaşlı forvardın aktivində 32 qol var və o, uzun müddət rekorda sahib olan əfsanəvi isveçli Henrik Larssonu (31 qol) ötüb.