Obameyanq "Arsenal"ı səhifəsindən sildi - ÇİNƏ GEDİR

Obameyanq "Arsenal"ı səhifəsindən sildi - ÇİNƏ GEDİR

"Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq başgicəlləndirici təklif qarşısında duruş gətirə bilməyib. Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, Çinin "Quançjao Everqrand" və "Şanxay SIPG" klubları qabonlu hücumçusu transfer etmək istəyir. Super Liqa təmsilçisləri futbolçuya həftəlik 300 min funt-sterlinq maaş ödəməyə hazırdı. London klubunda həftəlik qazancı 190 min funt-sterlinq olan 29 yaşlı ön xətt oyunçusu getməkdə qərarlıdır.

2018-ci ildə "Borussiya"dan alınan forvard ötən mövsüm çıxdığı 51 oyunda 31 qolla yadda qalıb.

 

 

Maraqlıdır ki, sözügedən oyunçu artıq "Arsenal”ı instaqramdakı səhifəsindən silib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər