"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:

"Kevin De Bröyne ilə bir komandada oynamaq xoşdur. Ümid edirəm ki, biz bir yerdə çox oynayacağıq. Məncə, o, Premyer Liqanın ən yaxşı oyunçusudur".

Xatırladaq ki, Foden "şəhərlilər"in öz yetirməsidir. Cari mövsüm bütün turnirlərdə 48 matça çıxan Fil 24 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər