Noyer Oliver Kanın rekordunu qırdı

Noyer Oliver Kanın rekordunu qırdı

"Bayern Münhen"in qapıçısı Manuel Noyer veteran əlcək ustası Oliver Kanın rekordunu qırıb.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qolkiper buna "Union Berlin"a 4:0 hesabı ilə qalib gəldikləri matçda nail olub. 

Qapıçı Manuel Noyer Bundesliqada keçirdiyi 460-cı matçda 311-ci qələbəsini qazanıb və yeni rekord müəyyənləşdirib. 

Bununla da, Noyer “Bayern Münhen”in sabiq qapıçısı Oliver Kanın nailiyyətini (557 oyunda 310 qələbə) üstələyib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər