Nizami Hacıyev “Neftçi”də nə qədər qazanacaq? - Maaşı açıqlandı

Nizami Hacıyev “Neftçi”də nə qədər qazanacaq? - Maaşı açıqlandı

“İnter” klubunun kapitanı Nizami Hacıyevin gələn mövsümdən “Neftçi”nin formasını geyinəcəyi dəqiqləşib. Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”la danışıqları artıq yekunlaşdırıb.

 

Mövsümün sonuna iki tur qalmış “İnter”lə vidalaşan Hacıyev “Neftçi” ilə 2 illik müqaviləni razılaşdırıb.

 

Anlaşmaya əsasən, onun yeni komandasında illik məvacibi 250 min manat təşkil edəcək. Bu isə o deməkdi ki, Nizami “Neftçi”də ayına 20 min manatdan bir qədər artıq maaş alacaq.

 

Qeyd edək ki, karyerası ərzində 4 dəfə “İnter”də çıxış etmək imkanı qazanan Nizami Hacıyev 2014-cü ildən bəri bu klubun formasını geyinib. Bundan başqa, AZAL, “Qəbələ”, MOİK və “Xəzər Lənkəran”da da oynamış 29 yaşlı yarımmüdafiəçi ilk dəfə “Neftçi”nin şərəfini qoruyacaq.

 

O, Premyer Liqada 247 oyunda (31 qol) meydana çıxıb ki, bunun 133-ü “İnter”in heyətində baş tutub. Hacıyev cari mövsümdə 23 görüşdə 7 dəfə fərqlənib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər