Nikolsonun yeni iş yeri bilindi

Nikolsonun yeni iş yeri bilindi

Tanınmış yamaykalı hücumçu Şamar Nikolsonun karyerasını harada davam etdirəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "365Scores" yayıb.

Məlumata görə, 27 yaşlı forvard Meksikanın "Tixuana" klubu ilə razılığa gəlib. Mənbə sözügedən oyunçunun müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atdığını vurğulayıb.

Xatırladaq ki, Moskva "Spartak"ı dünən Nikolsonla əməkdaşlığa son qoyduğunu bəyan edib. 

Cari mövsüm "Spartak"ın forması ilə bütün turnirlərdə 14 matça çıxan Şamar 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər