Neymara fantastik təklif - Transfer rekordu yenidən qırılır

Neymara fantastik təklif - Transfer rekordu yenidən qırılır
PSJ-nin 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avroya alaraq transfer rekordunu qırıdığı Neymar yenidən rekord məbləğə başqa kluba keçə bilər.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, "Mançester Yunayted" braziliyalı ulduzun transferi üçün hərəkətə keçib. İngiltərə klubu Neymar üçün RSJ-yə 300 milyon avro təklif göndərməyə hazırlaşır.
Bu transferin baş tutma ehtimalı böyükdü. Belə ki, Neymarın Fransada özünü xoşbəxt hiss etmədiyi və bir gün Premyer Liqada oynamağı arzuladığı bildirilir. O, bir müddət əvvəl verdiyi açıqlamada "Hər böyük futbolçu bir gün Premyer Liqada oynamalıdı" demişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər