Nelsson "Qalatasaray"ı İtaliya klubuna dəyişir - Razılıq əldə edildi

Nelsson "Qalatasaray"ı İtaliya klubuna dəyişir - Razılıq əldə edildi

"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını İtaliyada davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, məlumatı İtaliya mətbuatı yayıb.

Xəbərə görə, 26 yaşlı futbolçu "Roma"ya keçir. Mənbə artıq tərəflər arasında razılıq əldə edildiyini və norveçli oyunçunun cari mövsümün sonunadək icarə əsasında "canavarlar"ın uğurları üçün çalışacağını vurğulayıb. Razılaşmaya əsasən "Roma" sonradan müəyyən məbləğ ödəyərək onun transfer hüquqlarına sahib çıxa biləcək.

Qeyd edək ki, Nelsson 2021-ci ildən İstanbul klubunun formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər