"Neftçi"ylə anlaşan hücumçu "İnternasional"la vidalaşdı

"Neftçi"ylə anlaşan hücumçu "İnternasional"la vidalaşdı

“Neftçi”yə keçəcəyi gözlənilən braziliyalı Qilyerme Pato “İnternasional” klubu ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu bununla bağlı “İnstagram” hesabında paylaşım edib.

“Bu vida üçün ən doğru söz, minnətdarlıq olardı. Bu gün karyeramda böyük bir mərhələ başa çatır. 9 yaşımda gəldiyim klubdan bu gün ayrılıram. Hamınıza təşəkkür edib, çox sağol demək istəyirəm. Sevimli komandamızın peşəkar futbolçusu olmaq mən və ailəmin xəyalı idi.

Bu xəyalı gerçəkləşdirdiyinə görə “İnternasional”a təşəkkür edirəm. Geridə qalan 12 ildə “İnternasional”a düşməyimdə köməyi dəyən hər bir adama təşəkkür edirəm. “İnternasional”a ömür boyu ürəyimdə qalacaq anlar bəxş etdiyinə görə təşəkkür edirəm”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər