"Neftçi"nin yeni transferi: "Bizi "Qarabağ"la derbi gözləyir"

"Neftçi"nin yeni transferi: "Bizi "Qarabağ"la derbi gözləyir"

"Neftçi"nin yeni transferi İvan Brkiç ölkəsinin "vecernji.hr" saytına danışıb. 

Fanat.Az xəbər verir ki, 29 yaşlı xorvatiyalı qapıçı yeni klubu ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycanın ən titullu klubuna keçidimi mövsümün davamında həqiqi dəyərimi göstərmək və özümü sübut etmək üçün yaxşı fürsət hesab edirəm. Bu amil məni komandama daha yaxşı uyğunlaşdıra bilər. Əla müqavilə imzaladığımı düşünürəm.

Bizi cəmi iki həftə sonra sonra "Riyeka"nın keçmiş futbolçusu Marko Veşoviçin də yer aldığı və hazırda liqanın ən yaxşı komandası olan "Qarabağ"la derbi gözləyir. Keçən ilki titulu qorumaq və kubokda uğur qazanmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, "Neftçi" Brkiç ilə 1,5 illik müqaviləyə imza atıb. Onun mövsümün ikinci yarısında "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final matçında meydana çıxacağı gözlənilir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər