"Neftçi"nin yeni baş məşqçisinin köməkçiləri bilindi

"Neftçi"nin yeni baş məşqçisinin köməkçiləri bilindi

"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın köməkçiləri müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, bunlar Viorel Dinu, Boqdan-Kornel Merişanu və Floren Aleksandrudur.

Dinu və Merişanu ilə artıq 2 illik müqavilə imzalanıb. Aleksandru ilə münasibətlər isə yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Viorel Dinu köməkçi-məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Floren Aleksandru isə qapıçılar üzrə məşqçi funksiyalarını yerinə yetirəcəklər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər