"Neftçi"nin yeni baş məşqçisi bilindi

"Neftçi"nin yeni baş məşqçisi bilindi

Ötən mövsüm Region Liqasının qalibi olan "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynov postunu tərk edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Hüseynov bundan sonra "Neftçi"də çalışacaq.

O, klubun U-19 komandasına baş məşqçi təyin edilib. Hüseynovun köməkçisi də bəllidir. Millimizin keçmiş üzvü Elhad Nəziri Cavidin yeni komandasında məşqçilər korpusunda yer alacaq. Qeyd edək ki, "Neftçi"nin 19 yaşlılarını Rəşad Abdullayev çalışdırırdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər