"Neftçi" ilə olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Sabir Buqrin bir neçə klubdan təklif alıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mərakeşli legioner Belçika, Rumıniya və Lüksemburq təmsilçiləri ilə danışıq aparır.
Buqrinlə "Qarabağ"ın maraqlandığı deyilsə də, Ağdam təmsilçisi sözügedən yarımmüdafiəçi ilə danışıq aparmayıb.