Ötən ilin yayında "Neftçi"yə transfer olunan Sabir Buqrin klubunun yeni müqavilə təklifini geri çevirib.
Fanat.Az-ın məlumatına görə, mərakeşli legioner "ağ-qaralar"ın təklif etdiyi şərtlərlə razılaşmayıb.
Mövsümün sonunda Bakı təmsilçisi ilə olan müqaviləsinin müddəti başa çatacaq yarımmüdafiəçi bir neçə sərfəli təklif alıb. Bu ilin avqustunda ölkəsinin əsas yığmasının seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak etmək üçün toplanışa cəlb edilən Buqrin daha ambisiyalı klubda oynamaq arzusundadır. 25 yaşlı futbolçu "Neftçi"dən getməklə yığmaya müntəzəm çağırılmaq planının da reallaşmasını istəyir.
Qeyd edək ki, orta xətt oyunçusu Mərakeşin U-19 və U-23 millilərinin hərəsində 2 rəsmi matça çıxsa da, qol vura bilməyib.