"Neftçi"nin klub televiziyasının əməkdaşlarına xidməti avtomobil təhkim olunub.
Bu haqda Fanat.Az-a klubun mətbuat katibi Rüstəm Allahverdiyev məlumat verib.
O, "Neftçi"nin əməkdaşlıq etdiyi icarə şirkətlərindən birinin onlar üçün avtomobil ayırdığını bildirib:
"Avis" Rent a Car" ilə sponsorluq müqaviləmiz var. Bizim nəqliyyat problemlərimizi həll edir. Şirkət tərəfindən mətbuat xidməti və "Neftçi" TV əməkdaşları üçün ayrıca maşın ayrılıb. Daha doğrusu, həmin maşın əsasən klub televiziyasının əməkdaşlarına təhkim olunub. Çəkilişlərə getmək, gecə işdən çıxdıqda onları evlərinə daşımaq, səhər tezdən nəqliyyat işləməyən vaxtı bazaya gətirməkdən ötrü həmin avtomobildən istifadə olunur".
Mirağa