"Neftçi"nin seneqallısının bir elçisi də çıxdı - SON DURUM

"Neftçi"nin seneqallısının bir elçisi də çıxdı - SON DURUM

"Neftçi”yə keçməyə hazırlaşan seneqallı futbolçu Xali Tiamın daha bir elçisi var.

 

Fanat.Az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki,  "Levski” 24 yaşlı afrikalını rənglərinə bağlamaq istəyir. Moskva "Dinamo"su ilə vidalaşan Tiam müqavilə ilə məxsus olduğu Macarıstan təmsilçisi MTK-dan qarşılıqlı razılıq əsasında ayrılmaq niyyətindədi. Macar klubu orta xətt oyunçusunun komandada qalmasına xüsusi maraq göstərmədiyindən Xalinin arzusuna çatmaq şansı yüksəkdi. Bu isə o deməkdi ki, oyunçu azad agent statusu alacağı halda, seçimi özü edəcək.

 

Qeyd edək ki, "Dinamo"nun heyətində cəmi 6 oyuna çıxan Tiamı 2014-cü ildə anlaşdığı MTK daha öncə "Çikaqo" və "Qaziantepspor"a da icarəyə verib. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər