“Neftçi”nin şansı 50-50-yədir” - Novruz Əzimov

“Neftçi”nin şansı 50-50-yədir” - Novruz Əzimov

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ölkə çempionu "Neftçi" Yunanıstan "Olimpiakos"unu qonaq edəcək. Azərbaycanın tanınmış futbol mütəxəssisi Novruz Əzimov Fanat.Az-a açıqlamasında "Neftçi"nin bu görüşdəki şanslarını dəyərləndirib. "Neftçi” hələ səfərdəki oyunda yunanlarla başabaş mübarizə aparmışdı. Halbuki, çoxları "Olimpiakos”un bizimkiləri bir neçə qolla məğlub edəcəyini proqnozlaşdırırdı. Ancaq bu, baş vermədi. Əksinə, bizim də qol imkanlarımız var idi, yararlana bilmədik. İlk oyunda heç-heçə ola bilərdi. "Neftçi”nin mərhələ keçmək şansı var. Ancaq "buna nə mane ola bilər” sualına cavab axtarırıqsa, ilk növbədə itkiləri qeyd etməliyik. Namiq Ələsgərovun yoxluğu ciddi itkidir. Arzu edək ki, tez sağalıb sıraya dönəcək. Mərt Çelik də gənc olmasına baxmayaraq, pis təsir bağışlamırdı. Məşqçi əvvəlki oyunlarda ona güvənmişdi. O da cəza səbəbindən cavab görüşündə oynamayacaq. Namiqin yoxluğunda hücumda Mirabdulla Abbasov yararlı ola bilər. O, pis hücumçu deyil. Vuran ayağı da var, iki-üç il əvvəl "Neftçi”də qolları sıralayırdı. Sadəcə, hələlik alınmır. Oynamalıdır ki, ayağı açılsın, özünəinamı qayıtsın. Bundan başqa, yeni transferlər də artıq bir neçə gündü düşərgədədirlər, məncə, artıq uyğunlaşıblar. Şübhəsiz, baş məşqçi cavab görüşü üçün taktikanı müəyyənləşdirib, necə oynayacaqlarını bilir. Məşqçinin işinə qarışmaq kimi olmasın, məncə, ilk oyundakı dəst-xətti Bakıda da davam etdirməliyik. Soyuqqanlı olmaq və oyuna nəzarət etmək lazımdır. Faizlə dəyərləndirsəm, şanslar 50- 50-yədi. Hətta "Neftçi”ni azacıq üstün saya bilərik. Çünki evdə oynayacaq, azarkeşlərin dəstəyi olacaq.

Qeyd edək ki, oyun saat 21:00-da "Bakcell Arena”da keçiriləcək. İlk görüşdə "Olimpiakos” 1:0 hesabı ilə qalib gəlib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər