"Neftçi"nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

"Neftçi"nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

"Neftçi”nin keçmiş prezidenti Orxan Hüseynzadə Avropa Liqasının oyununa təyinat alıb.

 

 

Fanat.Az xəbər verir ki, Hüseynzadə Avroliqanın 4-cü turunda J qrupunun "Krasnodar” (Rusiya) - "Standard” (Belçika) matçında UEFA nümayəndəsi kimi iştirak edəcək. Bu barədə məlumatı UEFA-nın saytı verib. Oyunu isə Aleksandr Stavrevin rəhbərlik etdiyi makedoniyalı hakimlər briqadası idarə edəcək.

 

 

Noyabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər