"Neftçi"nin sabiq futbolçusu məşhur Portuqaliya klubunda

"Neftçi"nin sabiq futbolçusu məşhur Portuqaliya klubunda
"Neftçi"nin sabiq futbolçusu Aylton Silva karyerasını Portuqaliyanın "Braqa" klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
Aylton Almaniyanın "Ştutqart" klubundan 1 illik icarəyə götürülüb. "Braqa"nın gələn mövsümün sonunda futbolçunun transfer hüququnu almaq hüququ var. O, ötən mövsümün ikinci yarısında icarə əsasında Portuqaliyanın "Estoril" klubunda forma geyinib (12 oyun).
Qeyd edək ki, Aylton 2015/16 mövsümündə "Neftçi"də çıxış edib. Bu müddətdə 39 rəsmi oyuna çıxan futbolçu 3 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər