"Neftçi"nin sabiq əməkdaşı vəfat etdi 

"Neftçi"nin sabiq əməkdaşı vəfat etdi 

"Neftçi"nin sabiq koordinatoru Eldar Bədəlov dünyasını dəyişib.

Fanat.Az-ın əldə etdiyi məlumatına görə, Əməkdar məşqçi və idman ustası, idman sahəsində 35 ildən çox iş təcrübəsi olan mərhum 55 yaşında vəfat edib. O, bu səhər yuxudan oyanmayıb.      Tanınmış akademikimiz Çingiz Bədəlovun oğlu olan Eldar Bədəlov vaxtilə "Neftçi" və "Turan" klublarında futbolçu kimi çıxış edib. Onun son iş yeri Kazbek Tuayevin rəhbərlik etdiyi Respublika İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbi (ROFM) olub. O, metodist-təlimçi vəsifəsində çalışıb.

Mərhumun oğlu Çingiz hazırda "Qarabağ"ın U-12 komandasında məşqçidir.  "Neftçi"nin sabiq əməkdaşı vəfat etdi  Allah rəhmət eləsin!

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər