“Neftçi”nin rəqibindən yeni transfer

“Neftçi”nin rəqibindən yeni transfer

“Neftçi”nin Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kipr “Aris”i heyətini yeni futbolçu cəlb edib. 

Fanat.Az xəbər verir ki, Limassol təmsilçisi Mihlali Mayambelanı transfer edib. 

Cənubi Afrika Respublikasından olan 25 yaşlı yarımmmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər