"Neftçi"nin rəqibi Fransadan futbolçu aldı - RƏSMİ

"Neftçi"nin rəqibi Fransadan futbolçu aldı - RƏSMİ

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i növbəti transferini həyata keçirib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, Limassol təmsilçisi Fransa "Genqam"ından Yannik Qomislə anlaşıb. Lakin 30 yaşlı seneqallı yarımmüdafiəçinin müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər