“Neftçi”nin qapıçısı üçün mövsüm bitdi

“Neftçi”nin qapıçısı üçün mövsüm bitdi

“Neftçi”nin qapıçısı Aqil Məmmədov dizindən əməliyyat olunub. 

Fanat.Az xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:

“Aqil noyabr ayında zədələnəndən sonra müalicə olunmuşdu. Lakin dekabrda ağrılar başladığına və şişmə olduğuna görə Bakıda əməliyyat olundu. Bununla belə, əməliyyatdan sonra diz oynağında ağrılar tam keçmədiyinə və şişkinlik davam etdiyinə görə Türkiyəyə – “Acıbadəm” klinikasına göndərildi. Orada Professor Doktor Sinan Karaoğlu, Doktor Bertan Cengiz və Doktor Mehmet Çavuşun həyata keçirdiyi əməliyyatla təkrar olaraq diz oynağına girildi, yara nahiyəsi işlənildi. Artıq əməliyyatdan sonrakı ikinci gündür və hazırda vəziyyəti yaxşıdır, müalicəsi davam edir. Aqilin təxminən iki aydan sonra fərdi hərəkətlərə başlaması planlaşdırılır”.

“Neftçi”nin qapıçısı üçün mövsüm bitdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər