Türkiyənin Kayseri şəhərində əməliyyat olunan "Neftçi"nin futbolçusu Aqil Məmmədov açıqlama verib.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper Azərbaycanda heç bir həkimin əməliyyata razılıq vermədiyini söyləyib:
"Bura gələndə dizim çox pis idi. Azərbaycanda həkim axtardıq. MRT nəticələrini göndərdik və heç kim əməliyyatı qəbul etmədi. Burada Sinan Karaoğlu razılıq verdi. Dizim çox pis idi. Yaxşı əməliyyat keçdi. Artıq 3 gündür buradayam, ayağa qalxa bilirəm. İnşallah, komandama daha tez qoşula bilərəm". Qeyd edək ki, Aqil Məmmədov fevralın 24-də əməliyyat olunub. Həkimlər Məmmədovun 6-8 həftə sonra komandaya qoşula biləcəyini proqnozlaşdırır.