"Neftçi"nin potensial rəqibləri bəlli oldu 

"Neftçi"nin potensial rəqibləri bəlli oldu 

“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar” III təsnifat mərhələsində Avstriya “Rapid”ini mübarizədən kənarlaşdıra bilsə, səpələnməmişlər səbətində yer alacaq.

"Neftçi"nin potensial rəqiblərinin sayında azalma baş verib. Təmsilçimiz "Rapid"i mübarizədən kənarlaşdıracağı halda, aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:

Nitsa (Fransa) Hayduk (Split, Xorvatiya) – Vitoriya (Gimaraynş, Portuqaliya) cütünün qalibi Vaduts (Lixtenşteyn) – Konyaspor (Türkiyə) cütünün qalibi Vikinq (Norveç) – Slayqo Rovers (İrlandiya) cütünün qalibi

"Neftçi" ilə "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə bir həftə sonra Avstriyada baş tutacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər