"Neftçi"nin "pələng"i: "Maksimum nəticələr əldə etməyə çalışdım"

"Neftçi"nin "pələng"i: "Maksimum nəticələr əldə etməyə çalışdım"

Çin təqviminə görə, 2022-ci il "Pələng ili"dir.

15.12.1998-ci ildə dünyaya göz açan "Neftçi"nin futbolçusu Ömər Buludov "Pələng ili"ndə doğulub.

24 yaşlı "pələng" özü ilə bağlı bir sıra maraqlı məqamları Fanat.Az-la bölüşüb:

- Ömər, Çin təqviminə görə, "Pələng ili"ndə doğulan insanlar dünyadakı həyatı istiqamətləndirə biləcək qədər güclüdür. Geniş ölçəkli işlərlə məşğul olmaqdan, kütlələri ayağa qaldırmaqdan və idarə etməkdən xoşlanar. "Pələng ili"ndə dünyaya göz açanlar hərəkətli və cəsur insanlardır. Ən yaxşı tərəfləri istiqanlı olmalarıdır. Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar. Zəif tərəfləri isə eqoizm və dostlarına qarşı məsafəli davranmalarıdır. "Pələng ili"ndə doğulanlar peşə və karyerasında müvəffəqiyyətli olurlar. Bəzən təlaşlı xarakterləri zərər görmələrinə səbəb olur. Güclü romantik xarakterə sahibdirlər.

Maraqlıdır, bu xüsusiyyətlərdən hansına sahibsiniz?  - Qeyd olunan xüsusiyyətlərin demək olar ki, hər biri məndə var. İnsanlara qarşı məsuliyyətli, qayğıkeş və anlayışlıyam. Eqoist olduğumu deyə bilmərəm. İnsanların həyatına və işlərinə daim hörmətlə yanaşmışam. Olduqca hərəkətli və aktib həyat tərzim var. Peşəkar futbolla kiçik yaşlarımdan məşğul olduğum üçün daim hərəkətdə olmuşam, yeniliklərə və uğurlara can atmışam.

- Arxada qalan 2021-ci ilin özünüz üçün uğurlu hesab edirsiniz?  - Uğurlu hesab edirəm. Hər il olduğu kimi, şəxsi inkişaf və karyeramda maksimum nəticələr əldə etməyə çalışdım. 

"Neftçi"nin "pələng"i: "Maksimum nəticələr əldə etməyə çalışdım"

-  Yeni ildə həyatınızda və ya karyeranızda hansısa dəyişiklik etmək fikriniz var?  -  Yeni ildə həyatım və ya karyeramda yalnız və yalnız məqsədlərimə çatmağı qarşıma hədəf qoymuşam. 

- Bəs nail olmaq istədiyiniz və ona doğru çalışdığınız hədəf nədir? - Çox çalışıb komandama yaralı olmaq və peşəkar futbolçu olaraq bir sıra nailiyyətlərə imza atmaq istəyirəm. 

-  Artıq ölkə çempionatında ilk yarı başa çatıb. Arxada qalan 14 turu necə qiymətləndirirsiniz?  -  Keçirdiyimiz oyunları orta qiymətləndirirəm. İnanıram ki, sonrakı turlarda komanda olaraq çox çalışıb, gücümüzün daha artığından istifadə edəcəyik. 

Fürsətdən istifadə edərək Həmrəylik günü və Yeni il münasibəti ilə hər kəsi təbrik edirəm. Azarkeşlərimizə isə xüsusi təşəkkür edirəm. Bizə inanıb, komandanı daim dəstəklədikləri üçün minnətdaram!

Röya Kərimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər