"Neftçi"nin oyunu niyə gec başladı?

"Neftçi"nin oyunu niyə gec başladı?

"Neftçi"nin Türkiyənin Antalya şəhərində Polşanın "Qurnik" (Leçna) komandasına qarşı üçüncü yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Fanat.Az xəbər verir ki, qarşılaşmanın startı Bakı vaxtı ilə saat 16:00-a təyin olunsa da, matç 22 dəqiqə ləngimə ilə baş tutub.

Buna səbəb türkiyəli referi Yasin Duranın başçılıq etdiyi hakimlər briqadasının oyuna yubanması olub. 

Belədə hər iki komandanın futbolçuları oyunöncəsi məşq prosesini artırıblar.

Qeyd edək ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər