"Neftçi"nin legionerinə Azərbaycan pasportu verildi

"Neftçi"nin legionerinə Azərbaycan pasportu verildi

“Neftçi”nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib. 

Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. 

Bunadək "ağ-qaralar"ın heyətində rusiyalı legioner kimi meydana çıxan yarımmüdafiəçi artıq yerli futbolçu statusu alıb.

Qeyd edək ki, bu ilin yanvar ayında “Neftçi”yə transfer olunmuş Azər Əliyev ağ-qara formada 22 oyun keçirib, 1 qola imza atıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər