"Neftçi"nin legioneri Mərakeşə qol vurdu

"Neftçi"nin legioneri Mərakeşə qol vurdu

“Neftçi”nin dayaq yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisinin heyətində qol vurub. 

Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunda fərqlənib.   Start heyətdə meydana çıxan Kane, 31-ci dəqiqədə rəqib qapısına yol tapıb. Amma onun bu qolu komandasını məğlubiyyətdən xilas etməyib. Qvineya yığması doğma meydanda 1:4 hesabıyla yenilib.   Keçirdiyi 4 oyunda cəmi 3 xal toplamış Qvineya yığması yer aldığı İ qrupunda üçüncü pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər