"Neftçi"nin legioneri: "Bakını və insanları sevirəm"

"Neftçi"nin legioneri: "Bakını və insanları sevirəm"

"Bakıda olmaq mənim üçün çox xoşdur. Şəhəri və insanları sevirəm. Burada ailəmlə birlikdə olmaqdan zövq alıram".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç klubun rəsmi saytına müsahibəsində deyib.

27 yaşlı qolkiper kollektivə uyğunlaşmağının bir az vaxt apardığını bildirib: "Komanda məni çox yaxşı qəbul etdi. Şübhəsiz ki, indi özümü gəldiyim vaxtdan daha yaxşı hiss edirəm. Bunu daha da yaxşılaşdırmaq üçün çalışıram".

Xorvatiyalı oyunçu XXII turda "Şamaxı" ilə oyuna yaxşı hazırlaşdıqlarını söyləyib: "Hər şey əladır. 3 xal qazanmaq üçün hər şeyi etməliyik. Bu, asan olmayacaq, çünki səfərdə oynayırıq və başqa vəzifəmiz də var. Çox təəssüf ki, “Zirə”ni məğlub edə bilmədik, amma geriyə yox, irəliyə baxmalıyıq".

Brkiç azarkeşlərin 12-ci oyunçu olduğunu vurğulayıb: "Onların dəstəyi bizim üçün çox şey deməkdir. Fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər