"Neftçi"nin legioneri Afrikada qələbə qazandı

"Neftçi"nin legioneri Afrikada qələbə qazandı

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya milli komandasında növbəti matçına çıxıb. 

Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu Afrika Millətlər Kuboku çərçivəsində baş tutan Malavi ilə görüşün iştirakçısı olub.

Start heyətdə meydana çıxan Kane, sonadək mübarizə aparıb. Qvineya yığması isə bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb.

B qrupunda yer alan Qvineya yığması ilk turdan sonra 3 xalla ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan Kane “Neftçi”də icarə əsasında çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər